Saratovda yaşayış binasına dronla hücum edildi - Video

Bu gün səhər saatlarında Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Saratov və Engels şəhərlərinə zərbə endirib. 

Saratovda yaşayış binasına dronla hücum edildi - Video
Bu gün səhər saatlarında Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Saratov və Engels şəhərlərinə zərbə endirib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Rusiyanın teleqram kanalları yayıb. 

Bildirilir ki, Engelsdə "Tu-95" qırıcı təyyarələrinin olduğu aerodrom, Saratovda isə 38 mərtəbəli yaşayış binasına hücum edilib.  Ətraflı

"Shot" teleqram kanalın yaşayış binasına hücumun görüntülərini paylaşıb. Saratov vilayətinin qubernatoru Roman Busarqin PUA hücumu barədə yayılan məlumatları təsdiq edib. Məlumata görə, hücum zamanı bir qadın xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.