Sarayda mikroavtobusla yük avtomobili toqquşdu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

meqale.com xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford Transit" markalı mikroavtobus ilə "İsuzu" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "Ford Transit" markalı mikroavtobusun sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2009-cu il təvəllüdlü Orucov Rasim Ramin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.