Səbaildə açıq ərazidəki yanğn məhdudlaşdırılıb - YENİLƏNİB - FOTO

18:44 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verib.

Səbaildə açıq ərazidəki yanğn məhdudlaşdırılıb - YENİLƏNİB - FOTO
18:44 Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verib.

FHN-dən meqale.com-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

------- 17:51 Bakıda açıq sahədə yanğın var.

Bu barədə meqale.com-a Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.

Bildirib ki, FHN "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.