Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir
Beynəlxalq media təmsilçiləri artıq Azərbaycandadır, bu gün və sabahkı prosesləri geniş izləyəcəklər. Seçkilərdə ümumilikdə 190 beynəlxalq media qurumu iştirak edir.
meqale.com Trend-ə istinadən bildirir ki, bu sözləri jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
"Seçkilərin şəffaflığı baxımından bizim heç bir problemimiz olmayacaq. Biz 15 ildən artıqdır ki, ənənəvi olaraq min məntəqədə veb-kameralar quraşdırırıq. Bu veb-kameralar məntəqələrdə olan səsvermə kabinələrindən başqa, bütün mənzərəni əks etdirir", - deyə M.Pənahov əlavə edib.