“Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün heç bir maneə yoxdur”

"Azərbaycanın ərazi bütövlüyü, bütün ərazilərində suveren haqlarının tam bərqərar olması şəraitində təyin edilmiş 7 fevral seçkiləri böyük əhəmiyyətə malikdir". meqale.com xəbər verir ki, bu sözləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov prezident seçkilərinin əhəmiyyətini şərh edərkən deyib.

Deputat xatırladıb ki, 2023-cü ilin sentyabr ayında lokal antiterror tədbirlərində qazanılan müstəsna qələbə ilə ədalət bərqərar edildi: "Bu, Azərbaycanın müstəqillik tarixində yeni bir dövrü başlatdı. İlk növbədə, ölkəmiz üçün yeni prioritetlər meydana çıxdı. Bununla yanaşı, milli hədəflərimiz də genişləndi. Keçidin təmin olunması üçün isə metodoloji olaraq xalqın seçkilərdə iradəsini ifadə etməsi zərurət idi".

Prosesin niyə məhz prezident seçkilərindən başlanmasına gəlincə, Bəhruz Məhərrəmov bildirib ki, bu seçkilər digər seçkilərlə müqayisədə ən vacibi sayılır:

"Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ərazilərimizi əhatə edəcək seçkilərin məhz prezident seçkiləri olması həm hüquqi, həm də mənəvi cəhətdən doğru  qərardır".

Onun fikrincə, seçkilər Azərbaycan dövlətinin siyasi kursunun uğurla yeni mərhələyə transformasiyası, habelə qarşıdakı yeni hədəflərə uyğun tempdə inkişafının davamlılığının təminatı üçün tarixi zərurətdir.

Bəhruz Məhərrəmov əlavə edib ki, seçkilərin hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin nəticələrinin müəyyən edilməsinin şəffaf şəkildə həyata keçirilməsi üçün heç bir maneə yoxdur: