Sükan arxasında infarkt keçirib maşını səkiyə çırpdı: Ölən var

Bakıda sürücü sükan arxasında infarkt keçirib.

Sükan arxasında infarkt keçirib maşını səkiyə çırpdı: Ölən var
Bakıda sürücü sükan arxasında infarkt keçirib.

meqale.com oxuya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Bakı şəhəri sakini 1969-cu il təvəllüdlü Akif Rəhmanov idarə etdiyi "Renault" markalı 99-SB-773 dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən sükan arxasında infarkt keçirib.

Nəticədə, avtomobil səkiyə çırpılıb. Xəstəxanaya yerləşdirilən A.Rəhmanov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.