Sumqayıtda gənc oğlanı qətlə yetirən şəxs saxlanıldı

İyunun 9-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Nicat Bayramovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə meqale.com-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1999-cu il təvəllüdlü Nüsrət Həsənəlilinin şəhərin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.