Sumqayıtda mənzildən kişi meyiti tapıldı
Sumqayıtda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.
Tək yaşayan 1972-ci il təvəllüdlü Hikmət Nəsrulla oğlu Məmmədovun meyiti bu gün yaxınları tərəfindən aşkar edilib. Onun bir neçə gün öncə öldüyü ehtimal edilir.