Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "ANİMAFİLM Studio" yaradıcı heyəti ilə görüşüb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, görüş zamanı Leyla Əliyeva studiyanın əməkdaşları ilə səmimi söhbət aparıb, yaradıcı şəxslərlə birlikdə ölkəmizdə animasiya sənətinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi edib. Görüşdə studiyanın direktoru Rəşid Ağamalıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundov və studiyanın əməkdaşları iştirak ediblər.
Leyla Əliyevaya studiyada istehsal olunan yeni animasiya filmləri təqdim edilib. Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalı olan "Yer və Ay", eləcə də Azərbaycan, Polşa və Almaniya animasiya mütəxəssislərinin əməkdaşlığı ilə ərsəyə gələn "Yulaf dönərgə" qısametrajlı animasiya filmlərinə baxılıb.