Təbii fəlakət 670 nəfərin həyatına son qoydu
Papua - Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 670 nəfərdən çoxdur.
meqale.com lente istinadən bildirir ki, bu barədə "PA Media" məlumat yayıb.
Cümə günü baş verən torpaq sürüşməsi zamanı 150-dən çox ev torpaq altında qalıb. Yerli hakimiyyət orqanları ilkin məlumata əsasən, 100-dən çox insanın öldüyünü açıqlamışdı.