Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlama müddəti uzadılıb.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı
Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlama müddəti uzadılıb.

meqale.com teleqraf.com-a istinadən bildirir ki,  bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib.

Qərara əsasən Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılıb.

Xatırladaq ki, T. Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.