Tokayev onu nazir təyin etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Madi Takiyevi respublikanın yeni maliyyə naziri təyin edib.

Tokayev onu nazir təyin etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Madi Takiyevi respublikanın yeni maliyyə naziri təyin edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məmur bu vəzifədə Erulan Camaubayevi əvəzləyib. Takiyev buna qədər parlamentin aşağı palatasının deputatı vəzifəsində çalışıb, o, maliyyə və büdcə komitəsinə rəhbərlik edib.

Xatırladaq ki, bu gün Oljas Bektenov da Qazaxıstanın yeni Baş naziri təyin olunub.