Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

ABŞ prezidenti Co Baydenin administrasiyası bütün sursatı Ukraynaya göndərdiyi üçün ABŞ ordusunu sursatsız qoyub.

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib
ABŞ prezidenti Co Baydenin administrasiyası bütün sursatı Ukraynaya göndərdiyi üçün ABŞ ordusunu sursatsız qoyub.

meqale.com APA-ya istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp deyib.

"Bizim sursatımız yoxdur, çünki bu uşaqlar onu Ukraynaya veriblər. Onlara çoxlu miqdarda raket, mərmi və hər şey göndəriblər",- deyə o, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi tyinatlı əsgəri Şon Rayanla müsahibəsində deyib.

Tramp həmçinin əlavə edib ki, Qərbin köməyi olmasaydı, Ukrayna ilk həftədə məğlub olardı.

Tramp daha əvvəl seçkidə qalib gələcəyi təqdirdə dərhal Rusiya və Ukrayna liderləri ilə əlaqə saxlayacağını və onları danışıqlara başlamağa çağıracağını demişdi.