Türkiyədə FETÖ əməliyyatı - 20 nəfər saxlanıldı
Türkiyənin 11 əyalətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 20 nəfər saxlanılıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
O bildirib ki, əməliyyat güc strukturlarına daxil olan opeativ informasiya əsasında icra edilib.