Türkiyədə səsdən sürətli ANKA-3 PUA-sı istehsal olunacaq - VİDEO - FOTO
Türkiyədə qırıcı təyyarələrin müşayiəti üçün səsdən sürətli ANKA-3 PUA-sı ilə bağlı işlərə başlanıb.
meqale.com xəbər verir ki, TAI (Turkish Aerospace Industries) şirkəti bəyan edib ki, səsdən sürətli, 2 mühərrikli ANKA-3 PUA-sı istehsala hazırlıq mərhələsi başa çatmaqda olan KAAN qırıcısının müşayiəti üçün nəzərdə tutulub.
2028-ci ildə ilk 20 KAAN qırıcısı Türkiyə Hərbi-Hava Qüvvələrinə təhvil veriləcək.
ANKA-3 sisteminin texniki xüsusiyyətləri aşağıdakılardır:
ANKA-1 və ANKA-2 ilə ümumi avionika memarlığı və Yerüstü İdarəetmə Stansiyası Aşağı radara görünmə qabiliyyəti Yüksək sürətli manevr Yüksək faydalı yük qabiliyyəti LoS/BLOS (Peyk İdarəetməsi) Maksimum uçuş çəkisi: 6500 kq Faydalı Yükgötürmə qabiliyyəti: 1200 kq Xidmət hündürlüyü: 40kft Dözümlülük: 10 saat @ 30kf Kreyser Sürəti: 250kts/0.42M @ 30kf Maksimum Sürət: 425kts/0.7M @ 30kf