Natəvan Namazova prorektor təyin olundu
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub.
meqale.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.
O, bu gün universitet kollektivinə təqdim edilib.