Qulağı qoparılan sahibkar da həbs olundu

Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin də məhkəməsi keçirilib.

Qulağı qoparılan sahibkar da həbs olundu
Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin də məhkəməsi keçirilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə "Həsənoğlu Market"in sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 2 il 3 ay həbs cəzası verilib. Nihad məhkəmə zalındaca qandallanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nihadla dalaşan Kürdəmir rayon Sor-Sor kənd sakini 43 yaşlı Cavad Rüstəmova (soyadlar şərtidir) da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay həbs cəzası alıb.

Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən "Həsənoğlu Market"in qarşısında baş verib.