Ümumdünya Piano Günü Bakıda - Bax, Şopen, Ravel
Azərbaycan tarixində ilk dəfə olaraq Ümumdünya Piano günü Piano Day Festivalının şərəfinə musiqi irsinin gözəlliyini və əzəmətini göstərən sehrli motivlər səsləndiriləcək. 28 martda saat 20:00 Bakının mərkəzində yerləşən Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kirxa) keçiriləcək beynəlxalq Piano Day festivalının qeyd olunmasında bizimlə olun. Gəlin və Carnegie Hall-dan Seoul Filarmoniyasına qədər səhnələri bəzəyən istedadlı, fərqlənən Azərbaycan pianoçusu Səidə Tağızadənin ifasında klassiklərin - Baxın, Şopenin, Ravelin, möhtəşəm adların füsunkar birləşməsi ilə dolu konsertdən həzz alın. Konsertin idarə və təşkilat agentliyi RED EVENTS & Distribution ltd.
Bu proqramda Səidə xanımın dinləyiciləri Busoni tərəfindən işlənmiş Baxın möhtəşəm Çakonasından başlayaraq, Chopinin hissi dərinlikləri ilə onun heyranedici "Balladalar Dövrü"nə, Ravelin incə Sonatinasına, musiqi səyahətinə aparacaq. Bu proqram yalnız Səidə xanımın texniki ustalığını nümayiş etdirməklə kifayətlənmir, həm də musiqi əsərlərinin emosional spektrini dərin şəkildə ifadə etmə qabiliyyətini göstərir, unudulmaz təəssüratlar yaradır.
Sizi Bakıdakı Piano Günü festivalına də'vət edirik - Səidə Tagizadə musiqi vasitəsilə qlobal mədəniyyətləri birləşdirir, müqayisəolunmaz istedad və dərin incəsənət görüşünü nümayiş etdirir. Toxunulmaz, həyəcan verici və heyrətamiz ifasını təqdim edəcək.
Möhtəşəm klassik musiqi, improvizasiyalar, geniş emosiyon və hisslər spektri.
Bu gözəl musiqi bayramı Bakının mədəni həyatının ayrılmaz hissəsi olacaq!