Vüsal 20 dəqiqə şans qazandı
Azərbaycan yığmasının futbolçusu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, o, 27-ci turda "Boluspor"un heyətində meydana çıxıb.
Onun komandası səfərdə "Bodrumspor"un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Vüsal oyunun 70-ci dəqiqəsində meydana daxil olub və heç nə ilə yadda qalmayıb.