“Whatsapp”la bağlı xəbərdarlıq edildi - RƏSMİ
"Hazırda vətəndaşların "Whatsapp" hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir".
meqale.com xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin "Whatsapp"la bağlı xəbərdarlığında deyilir.
"Qeyd olunanları nəzərə alaraq "Whatsapp" hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 Qaynar Xətti ilə əlaqə saxlamağınızı və ya [email protected] e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik", - məlumatda bildirilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun