Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin orqanı kəsilib
11:46
"Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir".
Bu barədə oxuya Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.
Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov oxuya bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.
-------
12:18
04.06.2024
Xaçmaz rayonunda bıçaqlanma olub.
meqale.com APA-ya istinadən bildirir ki, rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.