Xalq artisti Hüseynağa Sadıqovun 110 illik yubileyi qeyd olundu - FOTO

Martın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 110 illiyi münasibətilə "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası nümayiş olunub.

Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşadan əvvəl aktyorun teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Aktyorun sənət dostları Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, İlham Namiq Kamal, teatrşünas, professor İlham Rəhimli çıxış edərək milli teatr sənətində Hüseynağa Sadıqovun yaratdığı misilsiz rollardan, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışaraq, xatirələrini bölüşüblər.