Xırdalanda sahibsiz itlərin qadına hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisində sahibsiz itlər sakinə hücum edib.

Xırdalanda sahibsiz itlərin qadına hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisində sahibsiz itlər sakinə hücum edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Görüntülərdən də aydın olur ki, gündüz saatlarında bir neçə it küçədə yolu gedən qadına hücum edir. Çətinliklə də olsa, itlərin əlindən xilas olan qadın xəsarətlərdən qurtula bilmir. Bu, sözügedən ərazidə ilk belə hal deyil. Daha əvvəl də həmin ərazidəki sakinlər, xüsusən azyaşlılar sahibsiz itlərin hücumuna məruz qalıb.

Problemlə əlaqədar  qafqazinfo Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sahibsiz heyvanlara qarşı kobud və qanunsuz hərəkətlərin, o cümlədən digər hər hansı radikal addımın atılmasının mümkünsüzlüyünü nəzərə alaraq RİH tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb: "Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub.