Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Xocalıda kütləvi məzarlıqda tapılanlardan doqquz nəfərin DNT-si məlumdur.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
"Onlardan yeddisi bu yaxınlarda Xocalıda dəfn olunacaq. Artıq orada Şəhidlər xiyabanı salınır", - deyə icra başçısı əlavə edib.
Xatırladaq ki, Xocalıda kütləvi məzarlıqda 18 nəfərin qalıqları aşkar edilib. Onlardan 9-nun adları məlum olub.
Həmin şəxslər aşağıdakılardır:
(Xocalı rayon sakinləri) 1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il 2. Əliyeva Sürəyya Behbud qızı - 01.06.1933-cü il 3. Mahmudov Akif Seydulla oğlu - 01.06.1962-ci il 4. Səlimov Xəzər Səyavuş oğlu - 01.09.1974-cü il 5. Səlimova Tamilla Ağamirzə qızı - 01.06.1935 6. Nəcəfov Şiraslan Məmiş oğlu - 1952-ci il təvəllüdlü
(Xankəndi şəhər sakinləri) 6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il 7. İsmayılov İsmayıl Bəhman oğlu - 01.08.1955-ci il 8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il
İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.