Yaponiya və İran 1/4 finalda
Asiya kubokunda 1/8 final mərhələsi başa çatıb.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Yaponiya yığması Bəhreynə, İran isə Suriyaya qalib gələrək növbəti mərhələyə yüksəlib.
Daha öncə Avstraliya, Tacikistan, İordaniya, Qədər, Özbəkistan və Cənubi Koreya yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.
Asiya kuboku 1/8 final 31 yanvar
Bəhreyn - Yaponiya 1:3
Qollar: Suzuki, 64-öz qapısına - Doan, 31. Kubo, 49. Ueda, 72.
İran - Suriya 1:1 (penaltilər 5:3) Qollar: Taremi, 34 - Xribin, 64-pen.
Artıq 1/4 finalda hansı komandaların üz-üzə gələcəyi də məlumdur:
Tacikistan - İordaniya Avstraliya - Cənubi Koreya İran - Yaponiya Qətər - Özbəkistan