Yayın dəbi: sadə köynəklər və...
Məşhur stilist Aleksandr Roqov bu yayın dəbi haqqında məlumat verib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, stilist bu barədə Teleqram kanalında paylaşım edib.
O bildirib ki, bu mövsüm sadə köynəklər və uzun ətəklər daha çox populyarlaşıb. Sürüşkən parçadan olan paltarlar da yayın favoritləri sırasındadır.
Ayaqqabılara gəlincə isə yüngül, dabansız, yerdən olan sadə yay ayaqqabıları və onlara uyğun həsir çantalar dəbdədir.