Yeni il salatlarını hansı yaşda uşağa vermək olar?
Yeni il süfrəsində böyüklərlə yanaşı, uşaqların da orqanizmi yüklənir. Azyaşlı uşaqlar isə məhz bayramda ilk dəfə bəzi qidaları dadır.
meqale.com xəbər verir ki, pediatr Lyubov Andreyevna Yeni ildə aktual olan mayonezli salatların hansı yaşda uşaqlara uyğun olmasından danışıb.
"Mayonezli olivye, paytaxt salatları 8 yaşa qədər uşaqların mədəsi üçün ağır qidadır. Çoxkomponentli qidalar ümumiyyətlə 8-10 yaşdan sonrakı uşaqlara uyğundur. Körpələrə və azyaşlılara vermək mədə-bağırsaq, qaraciyər problemlərinə gətirib çıxara bilər.
Sağlam uşaq belə salatları 10 yaşından yeyə bilər, çünki həzm traktı onu həzm etməyə hazırdır.
Uşaqlara yeni il süfrəsindəkiləri yox, elə öz adət etdikləri yeməkləri verin.