Yeni smartfon hazırlandı
Çinin Hubei əyalətinin İçan şəhərindən olan məktəbli Lan Boven köhnə smartfon komponentlərindən və 3D printerdən istifadə edərək özünə məxsus bir qatlanan mobil telefon hazırlayıb.
meqale.com xəbər verir ki, bu telefon ənənəvi qatlanan modellərdən fərqli olaraq içəriyə deyil çölə doğru qatlanır. Lan Bovenin sözlərinə görə, belə bir dizayn daha rahat istifadə imkanı yaradır və telefonun istifadəsini asanlaşdırır.
Telefonun korpusu Lan Bovenin təxminən 466 manata (iki min yuan) aldığı bir 3D printer vasitəsilə hazırlanıb. Telefonun əsas texniki hissələri isə məktəblinin ailə üzvlərinə məxsus köhnə smartfonların komponentlərindən yığılıb. Bəzi xüsusi detalları isə internet üzərindən sifariş olunub. Bu yenilikçi telefonun hazırlanma prosesini göstərən video yerli sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Video beş milyona yaxın baxış və 400 min bəyənmə toplayıb.