Yol kənarına atılan sahibsiz avtomobillər ərazidən götürüldü - AÇIQLAMA - YENİLƏNİB - VİDEO

14:56 "Bakının Xətai rayonu, Lütfi Zadə küçəsindəki sahibsiz avtomobillər ərazidən götürülüb".

Yol kənarına atılan sahibsiz avtomobillər ərazidən götürüldü - AÇIQLAMA - YENİLƏNİB - VİDEO
14:56 "Bakının Xətai rayonu, Lütfi Zadə küçəsindəki sahibsiz avtomobillər ərazidən götürülüb".

meqale.com xəbər verir ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli verib.

O, qeyd edib ki, adıçəkilən ünvanda nəqliyyat vasitələri evakuasiya olunaraq ən yaxın mühafizə olunan duracağa yerləşdirilib.

--------- 13:57 Bakının Xətai rayonu, Lütfi Zadə küçəsində iki avtomobil yol kənarına atılıb.

meqale.com oxuya istinadən bildirir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Qeyd olunur ki, yararsız vəziyyətdə olan iki "Toyota Prius" markalı avtomobil aylardır ki, yolun kənarına atılıb.

"Salonlarını dağıdıb, işıqlarını qırıb-töküblər. Avtomobillər heç nəyə yaramasa da, onları ərazidən götürən yoxdur", - deyə şikayətçi yazır.

Videonu təqdim edirik:

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun