Zəhərli çiyələyi belə tanıyın və almayın! – Sadə metod

Hazırda bəzi bazarlarda alça təxminən 11-14 manat, çiyələk isə 6-7 manata təklif olunur. Qiymətlərin əlçatan olmaması ilə yanaşı, sözügedən meyvələrin mövsümdən kənar yeyilməsi və bunun zərərləri də müzakirə obyektidir.

Globalinfo.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, Azərbaycanda çiyələyin təbii yetişmə vaxtı may ayının əvvəllərindən başlayır:

"Bu da coğrafi mövqeyə, regiona görə dəyişir. Amma bir çox hallarda maydan əvvəl satışa çıxarılan çiyələklər istixana şəraitində yetişdirilir və zərərvericilərdən qorunması üçün pestisidlər, hormonlu gübrələrdən istifadə olunur. Belə meyvələri əsasən hamilə və süd verən qadınlar, uşaqlar alır. Bu da onların sağlamlığı üçün çox riskli qidadır. Adətən alarkən yuyulmadan yeyirlər. Dərmanlı, süni yetişdirilmiş çiyələk isə mədə-bağırsaq sisteminin, bağırsaq mikroflorasının pozulmasına, zəhərlənməyə, allergik reaksiyalara gətirib çıxarır. Uzunmüddətli, çox istifadə isə qaraciyər funksiyasının pozulmasına səbəb ola bilər. Ümumiyyətlə, mövsümündən əvvəl çiyələk yeməmək məsləhətdir".

Ekspert bildirib ki, çiyələk alarkən təbii görünüşlü, qırmızı rəngli, bir qədər orta ölçülü, solğun olanları seçmək lazımdır: