“O xanım ailə məclisinə uyğun aparıcı deyil”
Aparıcı Könül Muxtarova bəzi həmkarlarından danışıb.
meqale.com xəbər verir ki, Könül bu barədə "Tarixin bir günü" verilişində açıqlama verib. O, deyib ki, bəzi xanım aparıcılarla eyni səhnəni paylaşmaq istəmir:
"Elə xanım var ki, onunla eyni səhnədə olsam, özümə hörmətsizlik edərəm. O xanım ailə məclisinə gələcək aparıcı deyil. Əxlaqı yol vermir. Getdiyi məclisdə aparıcının yeri səhnədir, qonaqların arası deyil. Qonaqlar arasında ev sahibinin Moskvadan gələn dostunu görəcək, yalnız onun adını çəkərək masasının ətrafında müğənnilik də edəcək. Onunla necə səhnə paylaşım ?! Mən səhnədən aşağı enmirəm. Kimisə görsəm belə, hörmətim varsa, masasının yanında xüsusi salamlayaram. Amma mikrofonla reklam edib 3-5 manat götürə bilmərəm. Eləsi ilə eyni səhnədə ola bilmərəm. Mənim səhnə aldığım məclislər, getdiyim restoranlar buna icazə verməz. Kişi məclislərini aparmıram. Heç bir problem olmasa da, sıxılıram, özümü narahat hiss edərəm. Ev yıxan aparıcılar, çoxdur, həm də lap çoxdur. O insanlarla səhnə paylaşmağa utanaram". (olay)