Zelenski Almaniyaya gedib
Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya gedib. O, Ramşteyn aviabazasında Təmas Qrupunun iclasında iştirak edəcək.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə o, "X" platformasındakı paylaşımında bildirib.
"Mən Təmas Qrupun iclasında iştirak edəcəyəm və ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşəcəyəm, daha sonra isə Almaniya Kansleri Olaf Şoltsla danışıqlar aparacağam", -o qeyd edib.