Zelenski Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verdi

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukrayna Qəhrəmanı adına layiq görülüb.

Zelenski Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verdi
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı Ukrayna Qəhrəmanı adına layiq görülüb.

meqale.com axar.az-a istinadən bildirir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

"Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar qulluğuna görə general Valeri Fedoroviç Zalujnıya "Qızıl Ulduz" ordeni ilə Ukrayna Qəhrəmanı adının verilməsini qərara alıram", - fərmanda deyilir.

Qeyd edək ki, fevralın 8-də Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı vəzifəsindən azad edib.