Zərdabda ölümlə nəticələnən ağır qəza

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zərdabda ölümlə nəticələnən ağır qəza
Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir- Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə "VAZ-2106"-nın sürücüsü E.Eyyubov hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.