12 yaşlı oğlanın IQ testinin nəticələri hər kəsi heyrətləndirdi

Britaniyada məktəbli Sayrus Lyun "Mensa" IQ testindən 162 mümkün baldan 160 bal toplayıb.

12 yaşlı oğlanın IQ testinin nəticələri hər kəsi heyrətləndirdi
Britaniyada məktəbli Sayrus Lyun "Mensa" IQ testindən 162 mümkün baldan 160 bal toplayıb.

meqale.com oxuya istinadən bildirir ki, oğlan planetin ən ağıllı insanlarının klubu kimi tanınan "Mensa" təşkilatına qəbul edilib.

Bu təşkilata ancaq IQ səviyyəsi dünya əhalisinin 98 %-dən yüksək olanlar qoşula bilər.

Lyunun nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn və astrofizik Stiven Hokinq kimi dahi alimlərlə eyni səviyyəli intellektə malik olduğu hesab olunur.

Məlumdur ki, Lyun fortepianoda ifa edir və gələcəkdə riyaziyyatçı olmaq istəyir. Məktəbli özü belə yüksək bal toplayacağını düşünməyib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun