18 yaşlı oğlan itkin düşdü
Cəlilabadda 18 yaşlı oğlan 8 gündür itkin düşüb.
meqale.com APA-ya istinadən bildirir ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2006-cı il təvəllüdlü Nəsib Nəsimi oğlu Quliyev 27.04.2024-cü il tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Nəsib Quliyevin əlamətləri bunlardır: Boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.