2 nəfərin vəsiqəsini götürüb gəlirdi ki, səs versin...
2000-ci illərə qədər seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu.
meqale.com axar.az-a isitnadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasinin (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən "Qadınların seçkilərdə fəallığının yüksəldilməsi"nə həsr olunan dəyirmi masada deyib.
"Bəzən bir nəfər 2 və daha çox şəxsiyyət vəsiqəsini götürüb gəlirdi ki, səs versin. Kişilər həyat yoldaşının da seçki məntəqəsinə gəlməyinə qarşı çıxırdı. Maarifləndirmə tədbirləri ilə bu cür mənfi halların, sui-istifadənin qarşısını almışıq. Polisin bu cür məsələlərdə rolu danılmazdır", - MSK sədri bildirib
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun