24 yaşlı azərbaycanlı Albaniyada faciəvi şəkildə öldü

Azərbaycanlı gəmiçi Albaniyanın Durres limanında gəmidə işləyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

24 yaşlı azərbaycanlı Albaniyada faciəvi şəkildə öldü
Azərbaycanlı gəmiçi Albaniyanın Durres limanında gəmidə işləyərkən elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, rəsmi mənbələr gəmidə ölən gəncin kimliyini açıqlayıb.

Belə ki, "Kyebele" gəmisinin ekipajının üzvü, Azərbaycan vətəndaşı, 24 yaşlı Əvəz Yafarov olduğu bildirilib.

Məlumata görə, hadisə buğda yükünü boşaldarkən baş verib. 

İstintaq qrupu hadisə yerindədir və araşdırma davam edir.