Masazırda yanaraq ölən sürücünün və avtomobilinin görüntüləri - VİDEO
Ötən gecə Masazırda baş vermiş qəzada həlak olan Qurbanəli Əlizadənin və avtomobilinin görüntüləri yayılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobillə toqquşan "BMW"nin ona məxsus olması müəyyənləşib.
Bildirilir ki, "Hyundai" ilə toqquşan "BMW" markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Mərhumun və avtomobilinin fotolarını təqdim edirik: