TƏBİB-dən yenilik - Pasiyentlər daha sürətli xidmət alacaq

"Hazırda poliklinikalarda yeni elektron növbə sistemi qurulur".

TƏBİB-dən yenilik - Pasiyentlər daha sürətli xidmət alacaq
"Hazırda poliklinikalarda yeni elektron növbə sistemi qurulur".

meqale.com xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova "Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar" mövzusundakı təlimdə çıxışı zamanı deyib.

Z.Ədilova bildirib ki, artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni elektron növbə sistemi hazırdır. Bu indiyədək qurulan sistemdən fərqlənir.

Qeyd edib ki, hazırda sistem texniki sınaqdan keçirilir:

"Sözügedən sistem növbələri optimallaşdıracaq və daha qısa müddətdə pasiyentin tibbi xidmət almasına şərait yaradacaq".