"50 Cent" arıqladığına görə "25 Cent" ləqəbini aldı
Reper "50 Cent" (əsl adı Kertis Ceyms Cekson III) arıqladıqdan sonra fotolarını yayımlayıb.
meqale.com lente istinadən xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
"2024-cü ildə mən hər şeyi dəyişəcəm. İş vaxtıdır. Gəl bunu edək!" -n deyə repçi yazıb.
Lakin pərəstişkarları "50 Cent"in qəfil arıqlamasını təqdir etməyib onun "Ozempic"dən sui-istifadə etdiyindən şübhələniblər.
"O, mütləq "Ozempic" alır, amma ayı olanda xoşuma gəlirdi", "Və "Ozempic" üçün təşəkkür edirəm", "Niyə belə kəskin arıqlamağa başladın?", "Xəstəsən?", "İndi "25 sent" , - deyə sosial şəbəkə istifadəçiləri yazıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun