55 yaşlı qadın 32 il sonra ana oldu - FOTO

Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub.

55 yaşlı qadın 32 il sonra ana oldu - FOTO
Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub.

meqale.com xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.

Bildirilib ki, doğuş ötən il dekabrın 28-də qeydə alınıb. Masallı rayonundan olan qadın 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtdakı özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı yolu ilə körpəsini dünyaya gətirib.

Çəkisi 2 kq 690 qram olan oğlan uşağı dekabrın 30-da tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.