“Seçkilərin ölkənin bütün ərazisində keçirilməsi Azərbaycan xalqı üçün tarixi zəfərdir”

"Prezident seçkiləri Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisində, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə keçirilir". meqale.com xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

S.Markov bildirib ki, bu seçkilərin ölkənin bütün ərazisində keçirilməsi Azərbaycan xalqı üçün tarixi zəfərdir: "Seçkilərin bütün ölkə ərazisində keçirilməsi qalib xalq kimi Azərbaycan vətəndaşlarının əhvalını yüksək səviyyəyə qaldırıb. Bütün Azərbaycan xalqı qaliblik ruhundan məmnundur. Tam rahatlıqla demək olar ki, bu seçkilər Zəfər seçkiləridir. Bu seçkilərlə Azərbaycan dünyaya mesaj verir ki, biz qalib ölkə kimi dayanmırıq, ölkə daxilində də inkişafa davam edirik". 

O, istisna etməyib ki, bu vəziyyət kimlərisə narahat edir. Bəzi xarici dairələr, o cümlədən, Fransa əsassız tənqidlərə əl atırlar: "Çünki Azərbaycanın qələbəsi nəticəsində onlar özlərini məğlub hesab edirlər. Ona görə də şübhə yoxdur ki, onlar bu seçkilərin qanuniliyinə kölgə salmaq üçün seçkilər ətrafında müəyyən manipulyasiya etməyə çalışacaqlar".