8 yaşlı qız faciəvi şəkildə öldü
Sumqayıtda 8 yaşlı qız faciəli şəkildə ölüb.
meqale.com lente istinadən bildirir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılan azyaşlı aldığı yanıq xəsarətlərindən orada ölüb.