85 yaşlı kişi faciəvi şəkildə öldü

Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılıb.

85 yaşlı kişi faciəvi şəkildə öldü
Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılıb.

meqale.com bildirir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib.

Naxçıvan şəhər sakini, 1940-cı il təvəllüdlü Əsədov Tofiq Həbib oğlu ehtiyatsızlıqdan yaşadığı bina evinin ikinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, ötən gecə ölüb.

Faktla bağlı araşdırma aparılır.