9 yaşlı qız itkin düşdü

Astara rayonunda 9 yaşlı uşaq itkin düşüb.

9 yaşlı qız itkin düşdü
Astara rayonunda 9 yaşlı uşaq itkin düşüb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə rayonun Maşxan kənd ərazisində baş verib.

Belə ki, kənd sakini 9 yaşlı Reyhan Məmmədtağı qızı Məmmədzadənin bu gün məktəbdən evə qayıdarkən itkin düşdüyü bildirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, məktəblinin axtarışı elan olunub və tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.