AB nazirləri Bakı və İrəvanı müzakirə edəcək
Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunacaq.
meqale.com APA-ya istinadən bildirir ki, bu gün Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin sədrliyi ilə Xarici Əlaqələr Şurası Brüsseldə toplanacaq.
İclasın əvvəlində Aİ xarici işlər nazirləri onlayn formatda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə qeyri-rəsmi fikir mübadiləsi aparacaqlar. Daha sonra Şura onlayn formatda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qeyri-rəsmi fikir mübadiləsi aparacaq və Rusiyanın Ukraynaya təcavüzünü müzakirə edəcək.