ABŞ Marqarita Simonyana sanksiya tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə nazirlikdən verilən yazılı məlumatda deyilir.
Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya düşüb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun