ABŞ və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcək

ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda Çinin müdafiə naziri Donq Jun ilə ikitərəfli görüş keçirəcək.

ABŞ və Çinin müdafiə nazirləri Sinqapurda görüşəcək
ABŞ müdafiə naziri Lloyd Ostin gələn həftə Sinqapurda Çinin müdafiə naziri Donq Jun ilə ikitərəfli görüş keçirəcək.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Ostin gələn həftə Sinqapura gedəcək və burada "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.

Aprelin 16-da ABŞ və Çin müdafiə nazirləri arasında videobağlantı vasitəsilə danışıqların davamı olaraq əyani məsləhətləşmələr keçiriləcək.