Abşeronda restoran yandı

Abşeron rayonunda restoranda yanğın olub.

Abşeronda restoran yandı
Abşeron rayonunda restoranda yanğın olub.

meqale.com lente istinadən bildirir ki, hadisə Xıdalan qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən "Abşeron City" restoranının ikinci mərtəbəsində qeydə alınıb.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın zamanı restoranın mühafizəçisi Rasim Paşayev tüstüdən zəhərlənib. O təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Yanğın söndürülüb.